9 C
Baku
Friday, March 1, 2024

Yahoo rəhbəri istefasına görə 23 milyon dollar əldə edəcək

Yahoo şirkətinin rəhbəri Marissa Mayer şirkətin əsas biznesinin Verizon operatoruna satılmasından sonra icraçı direktor vəzifəsini tərk edəcək. O vəzifəsindən gedərkən 23 milyon dollar həcmində müavinət əldə edəcək.

Banker.az saytı Business Insider nəşrinə istinadən xəbər verir ki, Verizon ilə müqavilə 2017-ci ilin ikinci rübündə baş tutacaq. Mayer ilə birgə şirkəti Yahoo-nun maliyyə direktoru Ken Goldman da tərk edir. Yahoo-nun yeni icraçı direktoru isə IAC mediaholdinginin keçmiş maliyyə direktoru Tomas Makinerni olacaq.
Verizon ilə birləşdikdən sonra Yahoo şirkətin adını Altaba Inc. olaraq dəyişə bilər. Qeyd edək ki, Yahoo şirkətinin əsas internet biznesinin Verizon tərəfindən alınması 2016-cı ilin yayında məlum oldu. Müqavilənin dəyəri isə təqribən 4,5 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər