29 C
Baku
Saturday, June 29, 2024

Yahoo! şirkətinin xalis gəlirləri 20% azalıb

2014-cü ilin I rübünün nəticələrinə görə Yahoo! şirkətinin  mənfəəti 1,132 milyard dollar təşkil etmişdir.  Şirkətin xalis gəlirləri isə keçən illə müqayisədə  20% azalaraq 313,9 milyon dollar olmuşdur.  Şirkətin əldə etdiyi hesabat dövründə keçən ilki 1,140 milyard dollara əks 1,132 milyard dollar təşkil etmişdir.

Yahoo! paralel olaraq internet nəhəngi olan Alibaba-dan gəlirlər barədə hesabatlar qəbul edirdi. Qeyd edək ki, Yahoo Alibaba-nın 24% səhminə malikdir. Alibaba şirkətinin qazancı 66% yüksəlmiş, xalis gəliri isə 1,4 milyard dollar təşkil etmişdir. Bununla əlaqədar olaraq Yahoo!-nun səhmləri 8% artmış və 36,90 dollar təşkil etmişdir.

Yahoo! – amerikan texnologiya şirkəti özünün Yahoo Search axtarış sistemi və onunla bağlı Yahoo Directory, Yahoo Mail, Yahoo News, Yahoo Finance  və s. kimi məhsulları ilə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər