“Forbes” jurnalının apardığı hesablamalara əsasən, 2019-cu ildə bütün dünyada təxminən 2153 milyarder var. Onların əksəriyyəti ABŞ, Çin, Almaniya, Rusiya və Böyük Britaniyada yaşayır. Lakin yalnız bir milyarderi olan ölkələr də mövcuddur.
Beləliklə, bu ölkələr və orada yaşayan milyarderləri təqdim edirik:
Əlcəzair: İssad Rebrab
Sərvəti: $3,8 mlrd
Ölkə ÜDM-nin payı: ~2,1%
Sərvətinin mənbəyi: “Rebrab” qida məhsulları
O, Əlcəzairin şəkər istehsal edən böyük müəssisələrin daxil olduğu “Cevital” şirkətinin təsisçisi və sahibidir.
Şirkətə, həmçinin İtaliyada poladtökmə zavodu, Fransada avadanlıq istehsalı, həmçinin Almaniyada sutəmizləyici şirkət məxsusdur.
Anqola: İsabel dos Santos
Sərvəti: $2,2 mlrd
Ölkə ÜDM-nin payı: ~2,0%
Sərvətinin mənbəyi: investisiyalar
İsabel dos Santos Anqolanın 2017-ci ildə postunu tərk etmiş sabiq prezidenti Hose Eduardo dos Santosun qızıdır.
“Forbes”in verdiyi məlumata əsasən dos Santos Anqolanın iri şirkətləri, banklarının səhmlərinə malikdir. O, qiymətli kağışları atası prezident olduğu dövrdə əldə edib.
Gürcüstan: Bidzina İvanişvili
Sərvəti: $4,9 mlrd
Ölkə ÜDM-nin payı: ~30,2%
Sərvətinin mənbəyi: investisiyalar
Bidzina İvanişvili Gürcüstanın ictimai və siyasi xadimi, biznesmen, filantrop, “Unikor” qrupunun sahibidir. O, 2012-ci il 25 oktyabr tarixindən 2013-cü il noyabrın 20-ə qədər Gürcüstanın Baş naziri olub.
İslandiya: Tor Borqolfsson
Sərvəti: $2,2mlrd
Ölkə ÜDM-nin payı: ~ 8,5%
Sərvətinin mənbəyi: investisiyalar
Tor Borqolfsson biznesmen və sahibkar, İslandiyanın ilk milyarderidir. O özünün ilk sərvətini Rusiyada qazanıb, lakin 2008-ci ildə hər şeyini itirib. Buna baxmayaraq, sonradan yenidən qazana bilib.
O, Polşanın “Play” telekommunikasiya holdinqində paya malikdir, eyni zamanda o, daxili velosiped idmanı üçün “ Zwift” onlayn-platformasına, eləcə də İslandiyanın “CCP Games” şirkətinə investisiyalar edib.
Küveyt: Kutayba Alqhanim
Sərvəti: $1,4 mlrd
Ölkə ÜDM-nin payı: ~0,9%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
O, qardaşı ilə birlikdə “Alghanim Industries” ailə korporasiyasının sahibidir.
Bu korporasiyaya reklam agentliyi, elektronika distribütoru, mühəndislik şirkəti, sığorta cəmiyyəti, izolə materialı istehsalçısı, qida məhsulları ilə ticarət üzrə müəssisə və s. şirkətlər daxildir.
Lixtenşteyn – Kristof Zeller
Sərvəti: $3 mlrd
Ölkə ÜDM-nin payı: ~48,2%
Sərvətinin mənbəyi: dişlər üçün məhsullar
Zeller dişlərin müalicəsi üçün nəzərdə tutulmuş məhsulların istehsalı ilə məşğul olan və dünyanın 25 ölkəsində nümayəndəliyi olan “Ivoclar Vivadent AG” şirkətinin sabiq rəhbəri, İdarə Heyətinin hazırki sədridir.
Şirkəti onun babası Adolf Şnayder 1948-ci ildə almışdı, Zeller isə ona 1990-2003-cü illərdə rəhbərlik etmişdi.
Nepal: Binod Çaudhari
Sərvəti: $1,7 mlrd
Ölkə ÜDM-nin payı: ~5,9%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
Binod Çaudhari, demək olar, 80 şirkətdən ibarət “Chaudhary Group” (CG) korporasiyasına rəhbərlik edir. Altı min insanı işlə təmin edən bu şirkətlər planetin bütün qitəsində yerləşir.
Korporasiyanın fəaliyyət dairəsi çox genişdir. Belə ki, bura bank xidmətləri, qida məhsulları, elektronika, pivə, hotel, energetika və təhsil daxildir.
Portuqaliya: Mariya Fernanda Amorim
Sərvəti: $4,9 mlrd
Ölkə ÜDM-nin payı: ~2,0%
Sərvətinin mənbəyi: energetika, investisiyalar
Mariya Amorim Ameriko Amorimin həyat yoldaşı olub. 2017-ci ildə öldükdən sonra Amerikonun sərvəti Mariya və onun üç qızına miras qalıb.
Sərvət energetika və bank sahəsinə beynəlxalq investisiyaların edilməsi sayəsində toplanıb. Hazırda Portuqaliyanın “Galp Energia” neft-qaz şirkətinin səhmlərinin 18%-i Mariyaya məxsusdur.
Qətər: Faysal bin Kassim Əl-Tani
Sərvəti: $1,2 mlrd
Ölkə ÜDM-nin payı: ~0,6%
Sərvətinin mənbəyi: hotellər, müxtəlif mənbələr
Əl-Tani Qətərdə ən iri konqlomeratlarından biri olan “Al Faisal Holding”in təsisçisi və rəhbəridir.
Holdinqə bütün dünya üzrə 20 hotel, eləcə də tibbi və əczaçılıq məhsulları satan “Aamal”şirkətinin payı məxsusdur. O, həmçinin Qətərdə daşınmaz əmlaklara da malikdir
Rumıniya: İon Ziriak
Sərvəti: $1,1mlrd
Ölkə ÜDM-nin payı: ~0,4%
Sərvətinin mənbəyi: bankinq, sığorta
Ziriak Rumıniyanın “Allianz-Tiriac” sığorta şirkətinin minoritar investorudur.
O, həmçinin avtomobil biznesi, benzin və daşınmaz əmlaka yatırım edir.
Esvatini (əvvəlki Svazilend –red.) – Natan Kirş
Sərvəti: $5,3 mlrd
Ölkə ÜDM-nin payı: ~112%
Sərvətinin mənbəyi: pərakəndə satış, daşınmaz əmlak
Kirş kiçik mağaza və restoranlara topdan mal tədarük edən “Jetro Holding”in səhmlərinin 70%-ə malikdir. Bundan savayı, o, kommersiya daşınmaz əmlakına da yatırım edir.
Tanzaniya: Mohhəməd Devci
Sərvəti: $1,9 mlrd
Ölkə ÜDM-nin payı: ~3,3%
Sərvətinin mənbəyi: müxtəlif mənbələr
Devci ən azı altı Afrika ölkəsində toxuculuq, un, spirtli içkilər, eləcə də neft istehsalı sahəsində fəaliyyət göstərən METL konqlomerantının rəhbəridir. Onun atası konqlomeratı 1970-ci illərdə yaradıb.
Zimbabve: Strayv Masiyiva
Sərvəti:: $2,8 mlrd
Ölkə ÜDM-nin payı
Sərvətinin mənbəyi: Telekom
Masiyiva “Econet Wireless Zimbabwe” mobil operatorunun təsisçisi və 50%-nin sahibidir.
O, həmçinin optik lif sahəsində fəaliyyət göstərən “Liquid Telecom” şirkətinin səhmlərinin 50% – dən çoxuna malikdir və həmçinin Afrika ərazisində telekommunikasiya şirkətlərinə peyk xidmətləri göstərir. Oxu.az