“Yalnız dövlət bağçalarına qəbul elektron qaydada aparılacaq”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda danışıb.
Onun sözlərinə görə, özəl məktəbəqədər təhsil müəssisələrinin qəbulla bağlı öz qaydaları var:
“Özəl bağçalarda qəbul onların qaydalarına müvafiq aparılır. Bununla bərabər, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq”.