28 C
Baku
Saturday, July 27, 2024

Yalnız onlayn olaraq yayımlanan filmlər də “Oskar” mükafatına iddia edə biləcəklər

“Oskar” mükafatlandırma təşkilatçıları seçim qaydalarını dəyişdirmək və ilk dəfə olaraq kinoteatrda deyil, yalnız onlayn şəkildə yayımlanan filmləri də müsabiqəyə qatmaq qərarına gəliblər. Qeyd edildiyi kimi, bu qərar sürətlə yayılan koronavirus pandemiyası ilə əlaqəli olub.

Banker.az bu barədə “Qazeta.ru”ya istinadən xəbər verir.

“Film bütün digər seçim tələblərinə cavab verməlidir”, – təşkilatçılar qeyd edirlər.

Xatırladaq ki, Covid-19 pandemiyası səbəbindən Los-Anceles və Kaliforniyadakı kinoteatrlar martın 16-dan fəaliyyəti tamamilə dayandırıblar.

2019-cu il 31 dekabr tarixində Çin hökuməti Uxan şəhərində yeni koronavirus infeksiyasının yayıldığını açıqladı. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-u pandemiya elan etdi.

Son xəbərlər
Digər xəbərlər