Yamal yarımadasındakı dünyanın ən böyük təbii soyuducusu

Yamal-dünyanın o biri başında yerləşən yarımadadır. Əgər daha dəqiq desək, Qərbi Sibirdə, qarlı səhralar ilə əhatə olunmuş bir yerdə yerləşir. Yamal yarımadasında havalar il boyu şaxtalı keçir. Burada balıq emalı zavodunun tikilməsindən sonra, buradakı buz mağaralardan məhsulların dondurması məqsədilə istifadə etmək qərarı verilmişdir. Bu mağaralar regional əhəmiyyətli status alıblar.

Zavod Novıy port kəndində tikilib, lakin əsası 1920-ci illərdə qoyulmuş bu müəssisəni “yeni” adlandırmaq çətindir. Kənddə balıq emalı zavodunun inşa edilməsi ilə, balıq sənayesi sahəsi əsas yer tutmağa başlayıb.

İnsanlar böyük həcmdə balıq ehtiyatlarının saxlanılması haqda çox düşünmədən, buzlaqların içində nəhəng bir soyuducu qazdılar. Bu, olduqca məntiqlidir. Əgər yerli iqlimdən yararlanmaq fürsəti varsa, niyə də enerjiyə qənaət etməyək? Beləliklə, 1950-ci illərdə Yamal təbii soyuducusu meydana gəlir. Onun sahəsi təxminən 7 000 m2 təşkil edir.

Bu təbii soyuducunun yaradılmasına 10 ildən artıq vaxt sərf olunub. Bütün işlər heç bir avadanlıqdan istifadə etmədən, Sibirə göndərilən insanlar tərəfindən aparılıb.