6 C
Baku
Sunday, December 15, 2024

Yanan “Diqlas” sığorta müqaviləsinə görə “Azsığorta”nı məhkəməyə verib

“Diqlas 2” MMC “Azsığorta” ASC-ni məhkəməyə verib.

Banker.az xəbər verir ki, “Diqlas 2” MMC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.

“Diqlas 2” MMC ilə “Azsığorta”nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb.

Xatırladaq ki, “Diqlas 2” Məhdud Məsuliyyətli Cəmiyyəti 19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəhimov Araz Nüsrət oğludur.

Son xəbərlər
Digər xəbərlər