“Yandeks” şirkəti istehsala başlayır

0

Rusiyanın “Yandeks” şirkəti serial istehsalına başlayır.

“Vedomosti” qəzetinin yazdığına görə, “Yandeks. Studiya” artıq bu il azı 8 serialın çəkilişlərinə başlamaq niyyətindədir. İlk layihələrin 2020-ci ildə nümayiş ediləcəyi gözlənilir. Şirkət, həmçinin müxtəlif janrlarda filmlər və şou proqramlar da çəkəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Yandeks” şirkətinin Rusiya kinematoqrafiyasına həsr olunmuş “Kinopoisk” resursunun tərkibində onlayn kinoteatrı fəaliyyət göstərir. Şirkətdəki mənbə “Vedomosti” nəşrinə bildirib ki, “Yandeks” öz istehsalına başlamaqla onlayn kinoteatrı inkişaf etdirməyə və pullu abunəçilərin sayını artırmağa ümid bəsləyir.