“Yandex” Azərbaycanda “Alisa” səs köməkçisi ilə istehsal etdiyi “ağıllı kolonkalar”ın satışına başlayıb, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, cihaz hələki yalnız rus dilində “danışır”.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Bununla yanaşı, Azərbaycan istifadəçiləri yerli dəstək xidməti və servis zəmanət mərkəzi ilə əlaqə saxlamaq imkanı əldə edəcəklər.
Xatırladaq ki, “Alisa” səs köməkçisi olan ilk “ağıllı kolonka” 2018-ci ildə təqdim edilib. Hal-hazırda “Alisa” bir çox kolonkalarda var – “JBL Link Portable”, “JBL Link Music”, “Prestigio Smartmate Mayak Edition”, “LG XBOOM”, “Irbis A”, “Elary SmartBeat”, “Dexp Smartbox”.