19 C
Baku
Sunday, April 28, 2024

Yandex və digər xarici taksi şirkətləri serverlərini Azərbaycana gətirəcəkmi?

Bir müddət öncə məlumat yayılmışdı ki, yandex.kz domeni Qazaxıstanda qapadılıb. Bu, Rusiyada taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin datalarının FSB üçün tam açıq olması haqqında hökumətin qərarı açıqlanandan sonra baş vermişdi. Qərar 1 sentyabrdan qüvvəyə minəcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məlumat verib.
Burada data dedikdə taksi xidmətlərindən istifadə edən vətəndaşların telefon nömrələri, e-poçt ünvanları, İP ünvanları, bank məlumatları, gündəlik taksi sifariş verdiyi ünvanlar və s. nəzərdə tutulur. Xatırladıram ki, Qazaxıstanda Yandex.Taxi fəaliyyət göstərir, güman ki, Qazaxıstan hökuməti də öz vətəndaşlarının fərdi məlumatlarına FSB-nin girişinin qarşısını almaq üçün Yandex.kz-ni qapatmaq qərarına gəlmişdi.
İndi baxıram ki, ötən gün Yandex serverlərinin Qazaxıstana köçürülməsi ilə bağlı məlumatlar yayılıb. Qazaxıstan rəsmiləri bunu təsdiqləyib. Düşünmək olar ki, Yandex Qazaxıstan bazarını itirməmək üçün Qazaxıstanla bağlı datanı bu ölkəyə daşımaq məcburiyyətində qalıb.
Azərbaycan bazarında 5 xarici investisiyalı taksi şirkəti fəaliyyət göstətir :
1. Uber ( Rusiya, bu brendin MDB-də sahibi Yandex-dir )
2. Bolt (Estoniya)
3. Yango (Rusiya,Yandex)
4. Maxim (Azərbaycan)
5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)
Görəsən bu şirkətlər serverlərini Azərbaycana köçürəcəklərmi?
Xatırlayıram ki, bir müddət öncə nazir Rəşad Nəbiyev, müavinləri və AYNA-nın sədri Bolt şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirmişdilər. Görüşdə diqqət yetirilən məsələlərdən birisi də vətəndaşların fərdi məlumatlarının qorunması, xarici taksi şirkətlərinin datasının Azərbaycanda saxlanması olmuşdu.
Eyni zamanda RİNN bu data məsələsi ilə bağlı öncədən bir rəsmi açıqlama da yaymışdı.

Xatırladıram ki, Azərbaycanda “Fərdi məlumatların qorunması haqqında” yeni qanun layihəsi də hazırlanıb.

Azərbaycanda vətəndaşların fərdi məlumatlarının qorunması sahəsində səlahiyyətli qurum RİNN-dir. Son zamanlar taksi bazarında addım-addım baş verənlərdən sonra belə qənaətə gəlmək olar ki, RİNN bu məsələlərdə çox israrlıdır. Düşünmək olar ki, xarici taksi şirkətləri müəyyən müddətdən sonra datalarını Azərbaycana da miqrasiya edəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər