17 C
Baku
Monday, May 6, 2024

“Yandex” və “Uber”in nəhəng razılaşması: Azərbaycandakı biznesin sahibi kim olacaq?

“Yandex” və “Uber” şirkətləri 1 milyard ABŞ dolları dəyərində razılaşma əldə ediblər. Belə ki, “Uber” “Yandex”lə ortaq olduğu bir sıra layihələrdən çıxır və öz payını Rusiyalı şirkətə satır.

Bu barədə “Yandex”in yaydığı məlumatında deyilir.

Sövdələşməyə “Yandex.Eda”, “Lavka”, “Dostavka” və pilotsuz avtomobillərin istehsalı üzrə biznes daxildir.

Bu razılaşma dolayısı “Yandex” və “Uber”in Azərbaycandakı biznesinə də təsir göstərə bilər. Belə ki, iki şirkət tərəfindən 2018-ci ildə yaradılan “MLU B.V.” birgə müəssisəsi Rusiyada, Azərbaycanda, Ermənistanda, Qazaxıstanda və Belarusda yemək çatdırılma və taksi xidmətlərini təqdim edir.

Azərbaycanda birgə şirkət bu xidmətləri “Uber” brendi altında göstərir.

“MLU B.V.” təsisçiləri “Yandex.Taxi” və “Uber” şirkətləridir. Onlar birgə müəssisəyə 325 milyon ABŞ dolları məbləğində investisiya yatırıblar. “Yandex.Taxi” öz növbəsində “Yandex” və “Uber” şirkətlərinə məxsusdur. Son razılaşmayə görə, Rusiya nəhəngi “Yandex.Taxi”dəki payını 4,5 % artıraraq 71 %-ə çatdıracaq.

Eyni zamanda, “Uber” qalan payını yaxın iki il ərzində “Yandex”ə 1,8 – 2 milyard ABŞ dolları məbləğinə sata bilər. Beləliklə, “Yandex” həm “Yandex.Taxi” şirkətində yeganə səhmdar, həm də Azərbaycanda fəaliyyət göstərən “MLU B.V.” birgə müəssisənin böyük hissəsinə sahib olacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər