10 C
Baku
Friday, December 13, 2024

“Yandex”in qurucusu şirkətdən ayrıldı

Rusiyanın ən böyük internet şirkətlərindən olan “Yandex”in qurucusu Arkadiy Voloj postunu tərk edib.

A.Voloj bununla əlaqədar olaraq şirkət işçilərinə məktub yazıb.

O, şirkətdən ayrıldığını və bundan sonra beynəlxalq layihələrlə maraqlanacağını bildirib.

“Yandex” rəhbərliyi hazırda şirkət üçün restrukturizasiya prosesi hazırlayır və məncə, bu, yeni şərtlərdə ağlabatan və zəruridir. Yeni ilin hamınıza sülh gətirməsini arzu edirəm”,-  A.Voloj əlavə edib.

Qeyd edək ki, Voloj 2022-ci ilin iyun ayında Avropa İttifaqı tərəfindən sanksiya siyahısına salındıqdan sonra “Yandex”in baş meneceri və idarə heyətinin üzvü vəzifələrindən istefa verib.

Son xəbərlər
Digər xəbərlər