Diqlas” ticarət mərkəzində yanğından zərər çəkən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq, kompensasiyanın ilkin məbləği həmin hesaba köçürüləcək. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
“Diqlas” ticarət mərkəzində yanğından maddi zərər görən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq. İlkin mərhələdə sahibkarların hər birinin hesabına kompensasiyanın müəyyən məbləği köçürüləcək. Zərərin məbləği müəyyən olunandan sonra kompensasiyanın qalan hissəsi ödəniləcək”, – N.Səfərov cümə günü sahibkarlarla görüş zamanı bildirib.
Bundan əlavə, nazirlik həmçinin sahibkarlara xüsusi dərəcə ilə güzəştli kreditlərin verilməsinə köməklik etməyə hazırdır.
©İnterfaks-Azərbaycan