9 C
Baku
Monday, December 23, 2024

Yanğından icbari sığorta

Demək olar ki,  biz hər gün  bizim və ya yaxınlarımızın başına gələn hadisələrin şahidi oluruq.  Tez-tez bu barədə televiziyadan, internetdən və ya  qəzetlərdən məlumat alırıq.

Təəssüf ki,  bu cür qəzaların qarşısını almaq üçün heç bir vasitə yoxdur. Bunun tək çarəsi sığortadır. Sığortalı həyat qəzasız həyat deyil, bu yalnız qəzaya hazırlıglı bir həyatdır. 

Əlbəttə hər hansı bir qəzaya hazır olmağın özü də uğurlu bir hal kimi qiymətləndirilir.  Təsəvvür edin ki, illərlə qazandığınız, əllərinizin zəhmətilə yaratdığınız mülkünüzü bir anda itirə bilərsiniz. Bunu düşünmək belə çətindir . Bütün bunları yaşamaq istəmirsinizsə yanğından icbari sığorta  məhz sizin üçündür.

Bu növ sığortanın əsas məqsədi yanğın nəticəsində əhalinin əmlakına və sağlamlığına vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunması və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir. Qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından icbari qaydada sığortalanmasını tələb edir.

Yanğından icbari sığorta haqqında qanunun icrasına Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onun icra olunmadığı təqdirdə fiziki şəxsləri 10 manat, vəzifəli şəxsləri 60-80 manat, hüquqi şəxsləri isə 150-200 manat həcmində cərimə edir.

Sığortanın obyekti aşağıdakılardır:

– sığorta müqaviləsi ilə nəzərdə tutulmuş ərazidə sığorta olunanın mülkiyyətində və ya istifadəsində olan binalar, o cümlədən insanların kütləvi halda toplanması üçün binalar, anbarlar, qurğular, ötürücü qurğular, maşın və avadanlıq, mebel, hazır məhsul, xammal və materiallar;

– yanğın nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulmasına görə sığorta olunanın mülki məsuliyyəti.

 Sığorta hadisəsi zamanı üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulan və sığortaçı tərəfindən əvəzi ödənilən zərərə aşağıdakılar aiddir:

– ölüm və ya bədən xəsarət, əmlakın zədələnməsi və ya məhv olması, zərərin ödənilməsi barədə işlər üzrə məhkəmə xərcləri.

 Qanunun məqsədləri üçün aşağıdakı əşyalar sığorta obyekti sayılmır:

– sənətkarlıq və antikvar baxımından qiymətli olan tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar;

– modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər;

– nağd pul, səhm, istiqraz və digər qiymətli kağızlar, qiymətli metallar, qiymətli daşlar və onlardan hazırlanmış məmulatlar.

Qəza vəziyyətində olan binaların və qurğuların, həmçinin onlarda yerləşən əmlakın sığortalanmasına yol verilmir.

Son xəbərlər
Digər xəbərlər