Müəllif: Ramin Məmmədov , sığorta eksperti
“İcbari Sığortalar haqqında” AR Qanunun 35.2 maddəsinə əsasən fiziki və hüquqqi şəxslərə məxsus tikililərin, yaşayş və qeyri – yaşayış sahələrinin , yaşayış evləri və binaların, mənzillərin bu qanunda nəzərdə tutulmuş formada SIĞORTASI İCBARİDİR.
Qanunvericilikdə sığorta haqqı və təminat məbləği aşağıdakı kimi müəyyən edilir:
Sığorta Təminatı | Sığorta haqqı | |
Bakı şəhəri | 25 000 manat | 50 manat |
Gəncə, Sumqayıt,Naxçıvan şəhərləri | 20 000 manat | 40 manat |
Digər yaşayış məntəqələri | 15 000 manat | 30 manat |
Bakı sakinlərinin yaşayış evləri və mənzilləri üçün illik 50 manat ödəməklə 25 000 manatlıq sığorta təminatı əldə etmələri məcburidir. Lakin, dəyə biləcək zərər məbləğinin 25 000 manatdan artıq ola biləcəyi ehtimalı varsa, bu zaman əlavə olaraq könüllü sığorta müqaviləsi də bağlaya bilərsiniz. Könüllü sığorta müqaviləsində icbari sıorta müqaviləsində nəzərdə tutulmayan təminatlar əlavə edə və eyni zamanda evinizin bazar dəyərinin tam həcmində təminat əldə edə bilərsiniz. Hadisə zamanı isə ilkin olaraq icbari sığorta üzrə ödənişi alacaqsınız.
İcbari (əmlak) sığotra üzrə nəzrəatedici mexanizm olmadığından Bakı şəhərindəki yaşayış evləri və mənzillərin əksər hissəsi icbari qaydada sığortalı deyildir. Bu səbəbdən baş verən yanğınlar zamanı ev sahibləri çıxılmaz vəziyətdə qalır və ciddi ruh düşkünlüyü yaşayırlar. Nəzərə alsaq ki, evlərdə, ehtimalı az və ya çox, yanğın baş vermə riski var ciddi maliyyə problemləri ilə üzləşməmək üçün ən azı əlimizdə imkan vardır ki, CƏMİ 50 manat ödəməklə bu sığortanı əldə edək və 25 000 manatlıq sığorta təminatımız əlimizdə olsun.
Bu sığorta növünün icbariliyi ilə bağlı başqa bilməli olduğumuz bir məqam da mövcuddur. Qeyd etdiyim kimi, yaşayış evlərinin və mənzillərin bu qaydada sığortalanması icbaridir və hər bir ev sahibinin məsuliyyətidir. Ola bilsin ki, yaxın zamanlarda qayd edilən sığorta növü ilə bağlı nəzarət mexanizmləri gücləndirilsin və ya yeni yanaşmalar tətbiq edilsin və ev sahiblərinin əksər hissəsi sığortaya cəlb edilsin.
Bilməli olduğumuz ƏSAS məqamlardan biri isə budur ki, əgər yanğın hadisəsi baş vermişdirsə və ev sahibinin icbari sığortası yoxdursa, bu zaman dövlət vəsaiti hesabına verilən kompensasiya məbləği zərər məbləğinin 20 %-dən artıq ola bilməz. Qeyd edilən şərt qanunun 41.2-ci maddəsində öz əksini tapır.
Bir misalla məsələyə aydınlıq gətirək:
Misal (Bakı şəh.): Yanğın (zəlzələ, dolu, sel, üçüncü şəxslərin hərəkəti) zamanı mənzilə 12 000 manat zərər dəyib.
– Variant 1. Ev sahibinin icbari sığortası var. Sığorta şirkəti zərərşəkmişə 11 750 (12 000 -250) manat pul ödəyir. (250 manat franşızadır, Bakı şəhərində bütün hallarda 250 manat müəyyən edilir) Nəticə: Ev təmir edilir.
– Variant 2: Ev sahibinin icbari sığortası yoxdur. Sığorta şirkəti heç nə ödəmir. Dövlət 2 400 manat kompensasiya ödəyir. Nəticə : Ev təmirsiz qalır və ya 9 600 manat cibinizdən ödəyirsiniz.
İllərin zəhməti ilə qazandığınız evinizə və onun sığortasına biganə yanaşmayın!
50 manat ödəyin və eviniz sığortalı olsun!