Yanuş Korçak – (1878-1942) həkim, pedaqoq, yazıçı, bir neçə kitabın müəllifi və əfsanəyə çevrilmiş bir şəxs idi.
İkinci Dünya müharibəsi zamanı o uşaqlarla və “Yetimlər evi”-nin tərbiyəçiləri ilə birgə əsir düşmüş, Varşava gettosuna köçürülmüşdü. O orada bacardığı qədər uşaqların qayğısına qalır, hətta onlara ivrit dilini də öyrədir.
O istədiyi vaxt gettodan çıxa bilərdi. Belə ki, hətta almanlar da onun intellektual əməyini qiymətləndirirdilər. Yanuş Korçak qeyri-yəhudi şəxslərin onu gettodan ömürlük çıxararaq gizlətmək təkliflərini rədd edirdi.
Uşaqları artıq vaqona yerləşdirdikdə, komendant uşaqlarla birgə gedən şəxsin kim olduğunu soruşduqda – “Azadlıqdan uşaqlar xətrinə imtina edən Yanuş Korçak” deyilir.
Ona növbəti dəfə azadlıq təklif edilsə də, o uşaqlarla birgə qaz kamerasına daxil olur…
Daha sonradan güllələnmiş Emanuel Ringelblum belə bir xatirəsini qeyd etmişdi ki, almanlar internatdan uşaqları aparmağa gəldikdə, Yanuş Korçak hər kəsdən irəlidə, iki uşağın əlindən tutaraq qorxmadan vaqona doğru gedirdi.