10 C
Baku
Tuesday, November 12, 2024

Yanvar-aprel aylarında əhalinin gəlirləri açıqlandı

2015-ci ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 1 333,0 manat və ya ayda orta hesabla 333,3 manat təşkil etmişdir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,3 faiz bəndi üstələyərək 4,4 faiz olmuşdur.

Bu dövr ərzində gəlirlərin 74,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 13,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir 11,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 faiz artmışdır.

Son xəbərlər
Digər xəbərlər