7 C
Baku
Sunday, December 15, 2024

Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 31,3% azalıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $4 mlrd. 137 mln. 977,95 min təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 31,3% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $22 mlrd. 901 mln. 835,45 min (2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 15,9% – İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $13 mlrd. 519 mln. 906,7 min (artım 4,9%), idxalın həcmi $9 mlrd. 381 mln. 928,75 min (artım 36,7%) təşkil edib.

İxracın strukturunda 77,368% neftin, 2,48% neft məhsullarının, 10,51% təbii qazın, 0,43% elektrik enerjisinin, 2,68% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,09% bitki və heyvan mənşəli yağların, 0,15% qəndin, 0,14% spirtli və spirtsiz məhsulların, 0,51% kimya məhsullarının, 1,01% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,64% pambıq, 0,15% pambıq ipliyin, 0,31% qara metal və ondan hazırlanan məmulatların, 0,6% alüminium və ondan hazırlanan məmulatların, 2,89% digər məhsulların payına düşüb.

İdxal məhsullarının strukturunda 10,62% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 1,88% əczaçılıq məhsullarının, 0,93% gübrələrin, 2,83% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 1,93% odun və agac məhsullarının, 1,77% geyim və geyim aksessuarları, 6,88% qara metal və ondan hazırlanan məmulatların, 18,23% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,98% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,74% mebelin, 45,41% digər məhsulların payına düşüb.

Yanvar-avqust aylarında xarici ticarət əməliyyatlarında 7,339 min özəl və dövlət müəssisəsi və 20,809 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan dünyanın 182 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Yanvar-avqust aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 28,63%-i), Türkiyə (12,86%), İsrail (7,06%), Hindistan (5,63%), Çin (5,13%), Almaniya (4,77%) və İspaniya (3,99%), əsas idxal əməliyyatlarını isə İsveçrə (12,74%), Rusiya (14,61%), Türkiyə (10,39%), Çin (9,06%), ABŞ (6,28%), Kanada (4,19%), Almaniya (4,96%) və İranla (3,63%) həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər