8 C
Baku
Thursday, December 12, 2024

Yanvar ayında ABŞ-ın ticarət kəsiri 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb

BŞ-ın ticarət kəsiri yanvar ayı üzrə artaraq 67,4 milyard dollar təşkil edib və 2023-cü ilin aprelindən bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Yanvarda ticarət kəsiri 2023-cü ilin dekabr ayı ilə müqayisədə (64,2 milyard dollar) 5,1 faiz artıb və gözləniləndən daha çox olub. Ekspertlər artımın 63,5 milyard dollara çatacağını proqnozlaşdırırdılar.

Eyni zamanda, idxal edilən sənaye-texniki malların və avtomobillərin həcminin artması hesabına yanvarda idxal 1,1 faiz artaraq 324,6 milyard dollara çatıb. İxrac 0,1 faiz artaraq 257,2 milyard dollar olub.

Ticarət kəsiri 2022-ci ildəki 951,2 milyard dollardan 2023-cü ildə 779,8 milyard dollara qədər azalıb. Onun ümumi daxili məhsuldakı payı 2022-ci ildəki 3,7 faizdən 2,9 faizə enib.

Son xəbərlər
Digər xəbərlər