26 C
Baku
Saturday, July 27, 2024

Yanvar ayında Azərbaycan xaricdən süd alışını azaldıb, istehsalı artırıb

2021-ci ilin ilk ayında Azərbaycana süd idxalı azalıb, istehsal artıb.

Banker.az xəbər verir ki, Azərbaycana yanvar ayında  794 min ABŞ dolları dəyərində 548 ton süd idxal edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 159 min ABŞ dolları (16.6%) və yaxud 26 min ton (4.6%) azdır.

Həmçinin qeyd edək ki, hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.10%-ni təşkil edib.

Azərbaycanda qeyd edilən dövrdə isə 157 min ton süd istehsal olunub ki, süd istehsalı illik müqayisədə 1.5 faiz artıb.

 

Son xəbərlər
Digər xəbərlər