19 C
Baku
Friday, May 3, 2024

Yanvar ayında sığorta bazarının 83,3% könüllü formalaşıb

2016-cı ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 83,3 faizi və yaxud 63,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz çoxdur.

İcbarı sığorta növlərində yığım isə 12,7 milyon manat və yaxud bazarın 16,7 faizini təşkil edib. 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 6,1 faiz böyüyüb.

Ay ərzində ümumi ödənişin 76 faizi və yaxud 10,2 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin yanvar ayı ilə müqayisədə 34,5 faiz artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 3,2 milyon manat və yaxud ümumi bazarın 24 faizini təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 15,6 faiz çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 16 manatı ödəniş edilib. 2015-ci ilin yanvar ayında bu rəqəm 14,8 manat olmuşdu. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 23,1 manatdan 25,2 manata qalxıb.

Azertag

Son xəbərlər
 ⁠
Digər xəbərlər