Yanvar-iyul aylarında Azərbaycanda avtomobil benzini istehsalı 4% azalıb

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6% – 1 mlrd. 845,2 mln. manata qədər artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 15,8% – 134,4 min tonadək, dizel yanacağı istehsalı 3,9% – 1 mln. 169 min tonadək, sürtkü yağı istehsalı 2,4 dəfə – 47,1 min tonadək, neft bitumu istehsalı 58,8% – 164,2 min tonadək, neft koksu istehsalı 18,5% – 151,7 min tonadək artıb.

Hesabat dövründə avtomobil benzini istehsalında 4,4% – 698,1 min tonadək, kerosin istehsalında 1,4% – 348,9 min tonadək, soba mazutu istehsalında 43,1% – 138,8 min tonadək azalma qeydə alınıb.

Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.