Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 239 036 756.49 manat təşkil edib.
BFB-dən bildiriblər ki, ötən ilin müvafiq dövründə bu göstərici 7 078 178 248.10 manat olub. Bu müddətdə dövlət qiymətli kağızlar bazarı 18 649 324.15 manatdan 296 656 862,72 manata çatıb. Eyni zamanda, pay bazarı isə 145 166 652,60 manatdan 26 320 263,44 manata, borc alətləri bazarı 1 359 255 891,36 manatdan 41 260 079.18 manata, törəmə alətlər bazarı 5 443 811 361.35 manatdan 1 874 799 551.15 manata enib.
Azərbaycanda illik inflyasiya yüksəlib- AÇIQLAMA https://t.co/IbTxz7MtVZ
— Banker Azərbaycan (@BankerAz) August 11, 2016
Azertag