29 C
Baku
Friday, June 21, 2024

Yanvar-noyabr aylarında əhalinin gəlirləri 8,9 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,9 faiz artaraq 40028,5 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 4154,7 manat təşkil edərək ötən ilə nisbətən 7,7 faiz artıb. Bu dövr ərzində gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9 faizi isə yığıma yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 36382,0 milyon manat olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər