6 C
Baku
Wednesday, January 15, 2025

Yanvar-oktyabr aylarında 826 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2015-ci ilin 10 ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 826 744 müqavilə qeydiyyata alınıb.

Sığorta Bürosundan  verilən məlumata görə, bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil edib.

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6 faiz, sığorta haqlarının məbləğində isə 10 faiz artım müşahidə edilib.

Son xəbərlər
Digər xəbərlər