12 C
Baku
Monday, February 16, 2026

Yanvard Azərbaycana buğda idxalı 50% artıb

2026-cı ilin yanvar ayında Azərbaycan 129 932.80 ton buğda idxal edib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 28 milyon 872 min ABŞ dolları təşkil edib.

2025-ci ilin ilk ayında isə Azərbaycana 18 milyon 695 min dollar dəyərində 86 654.05 ton buğda idxal edilmişdi.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 50%, dəyər baxımından isə 54.4% artıb.

Son xəbərlər
Digər xəbərlər