9 C
Baku
Sunday, November 17, 2024

Yanvarda ƏDV-dən büdcəyə 300 mln. manata yaxın pul daxil olub

Ötən ay büdcəyə 403 952.7 min manat gömrük ödənişləri daxil olub. Bu daxilolmaların 23.3%-i gömrük rüsumları üzrə, 73.7%-i ƏDV üzrə, 2.1%-i aksizlər üzrə, 0.9%-i yol vergisi üzrə qeydə alınıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin yanvar ayındakı xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 42.9% çoxdur. Həmçinin, 2021-ci ilin yanvar ayında ƏDV üzrə büdcə daxilolmaları 193 741.1 min manat təşkil etmişdi. Bu ilin yanvar ayında isə 53.7% artıb və 297 713.8 min manata çatıb.

Son xəbərlər
Digər xəbərlər