Azərbaycanda əksər kommersiya bankları 6 ay, 9 ay, 12 ay, 18 ay, 24 ay və 36 aylıq ABŞ dollarındakı müddətli əmanətlərin faizlərini illik 2.5%-dən yuxarı gəlirliliklə təklif edirlər.
Banker.az qarant.az platforması üzərində apardığı monitorinqlər bunu deməyə əsas verir.
VACİB XATIRLATMA!
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.