Bu ilin yanvarında Azərbaycan $5 mln. 720.46 min dəyərində 3 165.38 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32.9% və 34.3% çoxdur.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ölkənin xaricdən ət alışının həcmi 2 357.85 ton olmuşdu. Buna xərclənən vəsait isə $4 304.93 min idi.