Azərbaycanda yanvarda 5 gün iş olmayacaq.
Banker.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.
Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.
Yanvarın 20-si isə Ümumxalq Hüzn Günü olduğundan həmin gün qeyri-iş günüdür.
Beləliklə, yanvarda 5 gün qeyri-iş günü olacaq.