2023-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 1 milyard 6 milyon 939.047 min avro dəyərində təbii qaz idxal ediblər. Bu barədə Avrostatdan məlumat verilir.
Statistik məlumatlara əsasən, 2022-ci ilin yanvar ayında Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 887 milyon 434.481 min avro, həmin ilin dekabr ayında isə – 1 milyard 189 milyon 787.640 min avro təşkil edib.
Beləliklə, illik hesablamada İtaliya, Yunanıstan vı Bolqarıstanın Azərbaycanda qaz alışına xərcləri 13.5% artıb, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 15.4% azalıb.
Xəbər verildiyi kimi, Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852.881 min avro dəyərində təbii qaz idxal edib (il ərzində artım təxminn 4 dəfə).
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% – 22.3 milyard kubmetrə qədər artırıb.Avropaya 11.4 milyard kubmetr qaz (artım 39%) ixrac olunub.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.