9 C
Baku
Sunday, November 17, 2024

Yanvarda Aİ ölkələrindən Azərbaycana minik avtomobillərinin ixrac dəyəri 13 mln. avroya çatıb

2024-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19% azalaraq 12.7 milyon avroya çatıb. Bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatında göstərilir.

Hesabat ayında əsas ixracatçıların üçlüyünə Almaniya (4.7 milyon avro, ildən ilə azalma 39.2%), Slovakiya (4.65 milyon avro, artım 24.1%) və İtaliya (2.1 milyon avro, artım 67.7%) daxil olub.

Xəbər verildiyi kimi, 2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 44.9% artaraq rekord 250 milyon avroya çatıb.

Son xəbərlər
Digər xəbərlər