16 C
Baku
Wednesday, May 22, 2024

Yanvarda Azərbaycanın müsbət ticarət saldosu $2 mlrd.-dan çox olub

2022-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111 ölkədən idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılan, amma gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi $3 mlrd. 968.7 mln.  təşkil edib. Ticarət dövriyyəsinin $2 mlrd. 993.8 mln.-ını və ya 75.4%-ini ölkədən ixrac olunmuş məhsulların, $974.9 mln. (24.6%-ini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə $2 mlrd. 018.9 mln. məbləğində müsbət saldo yaranıb.

DSK-nın məlumatına əsasən, 2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1.8 dəfə, real ifadədə 17.8%, o cümlədən ixrac 25.9 faiz, idxal isə 2.8 faiz artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər