12 C
Baku
Saturday, November 23, 2024

Yanvarda Azərbaycan İtaliyaya neftin əsas tədarükçüsü olaraq qalıb

2023-cü ilin yanvar ayında Azərbaycan İtaliyaya neftin əsas tədarükçüsü olaraq qalıb. Bu barədə İtaliya Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, yanvarda İtaliyaya neft idxalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə təxminən 11.1% artaraq (2022-ci ilin dekabr ayının göstəricisinbə nisbətən təxminən 11% azalaraq) 4 milyon 859.881 min ton təşkil edib.

Yanvarda İtaliyaya neftin əsas tədarükçülərin beşliyinə İraq (1 milyon 46.089 min ton), Azərbaycan (675.357 min ton: Azeri Light – 459.794 min ton, Azeri Blend – 215.563 min ton), Liviya (674.588 min ton), ABŞ (619.839 min ton) və Qazaxıstan (568.358 min ton) daxil olub.

Ardıcıl iki aydır ki, Rusiya İtaliyaya tədarük həyata keçirməyib.

2023-cü ilin yanvar ayında Azərbaycandan İtaliyaya neft tədarükü ötən ilin ayanvar ayı ilə müqayisədə 22.2%, 2022-ci ilin dekar ayı ilə müqayisədə (Azərbaycan İtaliyaya əsas neft tədarükçüsü olduğu zaman) 21% azalıb.

Yanvarda Azeri Light neftinin bir bareli $89,32 (ildən ilə azalma 4.3%, dekabr ayı ilə müqayisədə artım 2.3%), Azeri Blend neftinin bir bareli – $93.07 (ildən ilə artım 11.7% və dekabr ayı ilə müqayisədə 9.9%), Qazaxıstanın CPC Blend və KEBCO neftinin bir bareli – müvafiq olaraq $78.70 və $75.85-ə alınıb.

Yanvarda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82.98 (2022-ci ilin dekabr ayında $85.5) təşkil edib. Ən bahalı neft növü Forties ($95.67), ən ucuz neft növü isə “Basrah Heavy” (Fao Blend) nefti ($63.55) olub.

Son xəbərlər
Digər xəbərlər