26 C
Baku
Saturday, April 27, 2024

Yanvarda Azərbaycan Türkiyəyə qaz nəqlini cüzi azaldıb

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 877.74 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0.47% azdır.

Bununla da yanvarda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 13.46%-i Azərbaycanın payına düşüb.

Ümumilikdə isə yanvarda Türkiyə ümumilikdə 6 milyard 519,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 7.8% çoxdur.

Bu ilin ilk ayında Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. Yanvarda Rusiyadan Türkiyəyə 2 milyard 681,63 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 29.73% çoxdur.

Yanvarda üçüncü yerdə ABŞ qərarlaşıb. Bu ölkə yanvarda Türkiyəyə 1 milyard 044,60 milyon kubmetr qaz nəql edib. Bu, 2023-cü ilin ilk ayı ilə müqayisədə 42.41% çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

MənbəREPORT
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər