Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox
bahalaşma düyünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurtanın, zeytun
yağının, naringinin, limonun, bananın, almanın, narın, xiyarın, pomidorun, balqabağın,
sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli
içkilərin, tütün məmulatlarında olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ucuzlaşma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, portağalın, çuğundurun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin yanvar ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100,1 faiz təşkil edib. Cari ilin yanvar ayında əvvəlki ayla
müqayisədə qeyri-qida məhsullarından bahalaşma əsasən qəzetlərin, şampunların, diş
pastalarının, kəsilmiş taxtaların, ucuzlaşma isə kərpicin, kondisionerlərin və yazı
kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının
qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib.