-1 C
Baku
Sunday, December 15, 2024

Yanvarda Azərbaycanın ixrac etdiyi şəkər bahalaşıb

2023-cü ilin yanvar ayında Azərbaycan 4 milyon 773 min ABŞ dolları dəyərində 6 399 ton şəkər ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan şəkərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə, dəyəri isə 2.5 dəfə artıb.

Ötən ilin yanvar ayında isə Azərbaycandan 1 milyon 878 min dollar dəyərində 2 788 ton şəkər ixrac edilmişdir.

Beləliklə, ötən il 1 ton şəkər xaricə $674-a satılırdısa, cari ildə bu məbləğ $72 artaraq $746-a çatıb.

Qeyd edək ki, yanvar ayında şəkər ixracı ölkənin ümumi ixracının 0.25%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1.68%-ni təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər