4 C
Baku
Sunday, February 25, 2024

Yanvarda Bakı hava limanı ilə sərnişin daşınma 39% artıb

Cari ilin yanvar ayında Bakı hava limanın beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artım deməkdir.

Banker.az bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Yanvar ayında 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib. Bu istiqamətlər üzrə sərnişin daşımalarının 50.8 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb.

Son xəbərlər
Digər xəbərlər