23 C
Baku
Friday, April 26, 2024

Yanvarda dövlət qeydiyyatına alınmış fərdi yaşayış və bağ evlərinin sayı açıqlanıb

Cari ilin ilk ayı ərzində 1 273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6.3% artaraq 1 057 olub.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin ilk ayı ərzində 18 608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12.8% artım deməkdir. 2021-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86.9% artaraq 5 132 olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər