Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma 44.3 min ton olub.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin ilk ayı ilə müqayisədə 96% artım deməkdir.
Hesabat dövründə sözügedən nəqliyyat növü ilə 23 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 88.2% azalma deməkdir.
Qeyd edək ki, daşımaların 97.8%-i dövlət, 2.2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.