26 C
Baku
Saturday, July 27, 2024

Yanvarda idxal və ixrac ilə məşğul olan özəl şirkətlərin sayı açıqlandı

Xarici ticarət iştirakçılarının sayı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə 2 min 48 şəxs artaraq 10 888 şəxs təşkil edib. 2022-ci ilin yanvarında  xarici ticarət iştirakçılarının sayı 8 840 şəxs olmuşdu.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar ayında xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 1 572 şəxs artaraq 6 729, hüquqi şəxslər (şirkətlər) üzrə isə 476 şəxs artaraq 4 159 şəxs olub.

Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 112-si dövlət sektorundan, 4 047-si özəl sektordan olub. 2022-ci ilin yanvarında isə hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 113-ü dövlət sektorundan, 3 570 özəl sektordan idi.

Bildirək ki, 2022-ci ilin yanvar-dekabr aylarında xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 48 323 nəfər olub ki, bu da illik müqayisədə 7 954 nəfər və ya 14% azalma deməkdir.

Son xəbərlər
Digər xəbərlər