Azərbaycanda 2021-ci ilin ilk ayında minik avtomobilləri istehsalı 96 ədəd təşkil edib. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu isə 2020-ci ilin iyul ayında qeydə alınan sonuncu minimal rəqəmə bərabərdir. Həmin ayda da eyni sayda minik avtomobili istehsal edilmişdi.
İlin ilk ayında isə cəmi 84 avtomobil satışa yönəldilib, qalan 14-ü isə anbarlara yığılıb. Beləliklə anbarlarda avtomobilin sayı 1 fevral tarixinə 213 ədəd təşkil edib.