5 C
Baku
Saturday, December 14, 2024

Yanvarda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 444,4 manat olub

Bu il fevralın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, muzdla işləyənlərin 22,3 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində məşğul olub.

2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər