Yanvarda Naxçıvanın rabitə gəliri 9% artıb – 4 milyon manat çox

2021-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 473 min 400 manat olub.

Banker.az Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 9.8 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 225 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1.4 faiz artmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.