5 C
Baku
Thursday, February 22, 2024

Yanvarda satılan bu məhsullar ölkəyə 19 milyon dollar gəlir gətirib

Bu ilin yanvar ayında Azərbaycan 9 milyon 792 min ABŞ dolları dəyərində 10 min 235 ton ilkin formalarda polietilen ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 374 min ABŞ dolları (16.3 %) çox və 2 066 ton (16.8 %) azdır.

Yanvar ayında polipropilen ixracı isə 10 milyon 67 min ABŞ dolları dəyərində 9 509 ton olub ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,476 mln ABŞ dolları (52,7 %) və 1 472 ton (18,3 %) çoxdur.

Ötən ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 6.89% olub.

 

Son xəbərlər
Digər xəbərlər