8 C
Baku
Wednesday, February 18, 2026

Yanvarda xarici ölkələrdən Azərbaycana idxal olunan ət azalıb

2026-cı ilin yanvarında  Azərbaycana xarici ölkələrdən 8 milyon 209 min dollar dəyərində 3 332 ton ət idxal olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

2025-ci ilin yanvarında isə Azərbaycana 9 milyon 93 min dollar dəyərində 4 092 ton ət idxal olunmuşdu.

Belə ki, illik müqayisədə ət idxalı dəyər ifadəsilə 10%, miqdar ifadəsilə 19% azalıb.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.63%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər