Azərbaycanda avtomobil benzini və dizel yanacağı pərakəndə ticarət dövriyyəsi 12.1 faiz öncəki ilin eyni dövri ilə müqayisədə azalıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Yanacaq üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 172.1 milyon manat olub. Lakin, 2020-ci ilin dekabr ayı üzrə ölkədə 171.7 milyon manat yanacaq üzrə pərakəndə ticarət dövriyyəsi qeydə alınıb.
2020-ci ilin dekabrın 14-dən yanvar ayının 18-nə qədər sərt karantin rejimi tətbiq edilib. Yanvar ayından isə Azərbaycanın Tarif Şurası Aİ-92 benzinin qiymətini 0.90 manat/litr-dən 1 manat litrə qədər, dizeli isə 0.60 manat/litrdən 0.80 manat litrə qədər artırıb.