5 C
Baku
Saturday, December 14, 2024

Yanvardan sonra bahalaşacaq – Bazarda kiloqramı 15 manata qədər qalxa bilər

Bu il Azərbaycandakı bəzi nar bağlarında məhsul xarab olub.

Bunu “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

“İl ərzində ölkədə qeydə alınmış güclü yağışlar, eləcə də kəskin istilər hesabına günvurma nəticəsində bir sıra nar bağlarında məhsul yığılmamış xarab olub. Bu da əsasən iqlim dəyişikliyi ilə bağlıdır. Amma narın geniş əkildiyi bölgələrdən hər hansı şikayət gəlməyib”, – deyə o qeyd edib.

Bundan başqa, Assosiasiya sədri deyib ki, hazırda həm ölkədə, həm də xaricdə narın qiyməti sabitdir: “Bahalaşma, yəqin ki, yanvardan sonra qeydə alınacaq. Bu da “salafan narı”nda baş verəcək. Bu nar adətən anbarda saxlanılır, mövsümdən sonra satılır. Bakıdakı bazarlarda onun kiloqramı 15 manata qədər ola bilər. Hazırda həm ölkə daxilində, həm də xaricində satış davam edir. İxracla bağlı ciddi problem yoxdur. Həmişəki kimi əsas ixrac bazarımız Rusiyadlır. Bu ölkədə Azərbaycan narı tanınır və ona yüksək tələb var.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20.3 milyon ABŞ dolları dəyərində 17 min 578 ton nar ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 75.9% və 2 dəfə çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər