13 C
Baku
Sunday, November 24, 2024

Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək

Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaq. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev paytaxtda keçirilən Zəfər avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətin sosial siyasətinin mərkəzində olub.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çoxsaylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yararlanıb. Bu Zəfər yürüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn il də davam etdiriləcək”,- deyə o bildirib.

H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlara göstərilən sosial xidmətlərin bir sahəsi də onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu il 3 min qazi və şəhid ailəsi fərdi ev və mənzillərlə təmin olunacaq.

“Artıq bu il 2 minə yaxın mənzil həmin kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib. Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünüməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər