Azərbaycanda 2021-ci ilin ilk altı hərracında xarici valyuta satışının həcmi 512.9 milyon ABŞ dolları ekvivalentində təşkil edib. Bu da öncəki ayla müqayisədə 28 faiz artımdır.
21 yanvar 2021-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 67.4 mln. ABŞ dolları təşkil edib. AMB-nin açıqlamasında ənənəvi olaraq “tam təmin” edildiyi bildirilir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, 2020-ci ilin noyabrının ilk altı hərracında 376.6 milyon dollar, dekabrında isə 400.7 milyon dollar ekvivalentində xarici valyuta satılmışdı.